Bakının ümumi parklanma üzrə baş planı hazırlanıb, tarif müəyyənləşib
Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.
O qeyd edib ki, həmin plana əsasən əhalinin yerləşdiyi yerlərə uyğun şəkildə qiymət tarifi müəyyənləşdirilib.
“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, – deyə o bildirib.

