Gürcüstanda ŞOK: son sutkada 24 min yoluxma halı qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 24 201 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 200 124, ölənlərin sayı isə 15 016 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 020 510 (85%) nəfərin sağaldığı bildirilib.

