Siyasət 

BMT-nin Azərbaycan hökuməti ilə birgə fəaliyyət planı…

BMT-nin Azərbaycan hökuməti ilə birgə bu il üçün fəaliyyət planı yaxın zamanlarda təqdim olunacaq.

Bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Biz Azərbaycan hökuməti ilə imzalanmış 2021-2025-ci illər üçün Dayanıqlı inkişaf sahəsində BMT-nin çərçivə əməkdaşlıq proqramı üzərində işləyirik. Bu proqram beş əsas sahəni əhatə edir: inklüziv artım, iqtisadiyyatın ekologiyalaşdırılması, ətraf mühitin mühafizəsi, sosial institutların möhkəmləndirilməsi və qadınların hüquq və imkanlarının artırılması”, – deyə o bildirib.

V.Andreyeva əlavə edib ki, BMT-nin gündəliyində ən vacib yerlərdən birini Azərbaycanda “yaşıl enerji”nin inkişafı üzərində iş tutur.

Daha çox xəbərlər