Cəmiyyət 

Çoxmənzilli binaların saxlanması və xidmət taarifləri dəqiqləşməlidir – Komitə sədri

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət taarifləri dəqiqləşməlidir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur.

“Bu taariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Taariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır” – deyə M.Quliyev bildirib.M.Quliyev həmçinin mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini təklif edib.

Daha çox xəbərlər