Şərif Ağayar: “Əgər yazıçının əsəri tərcümə kimi gəlirsə, o yazıçı deyil”
Əgər yerli yazıçıların əsərlərini oxuyanda əsərin tərcümə olunduğunu düşünürsüzsə, deməli o yazıçı deyil.
ARANTV.AZ xəbər verir ki, bu sözləri yazıçı Şərif Ağayar AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən müasir yazıçıların əsərlərinin tərcümə əsəri kimi olduğuna dair fikirlərə aydınlıq gətirərkən deyib.
O bildirib ki, məsləhət görürəm ki, o əsərləri oxumasınlar:
“O dövrdə də, bu dövrdə də bu kimi fikirlər səsləndirilib. Lakin düşünürəm ki, müasir dövrdə də qələmi nümunəvi olan çoxsaylı yazıçılarımız var”.

