Şuşa Bəyannaməsi regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir – Sadiq Qurbanov
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanun layihəsi son dərəcə mühüm hüquqi və tarixi bir sənəddir. Ümummili Lider Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə-Azərbaycan münsibətləri regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır. Şuşa Bəyannaməsi Azərbaycanla qardaş Türkiyə dövlətləri arasında siyasi diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələsidir. Sözügedən qanun layihəsi iki ölkə arasında bağlamış strateji tərəfdaşlıq və qarşılıqlı yardım və.s haqqında müxtəlif səpkili müqavilələrin daha dinamik formada gerçəkləşməsinə təkan verəcək.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat qeyd edib ki, yeni dünya düzənində türk dövlətlərinin yerinin müəyyənləşdirliməsində mühüm rol oynayan Şuşa Bəyannaməsinin bağlanmasında türk dünyasının iki böyük lideri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu danılmazdır.
Bəyannamədə vurğulandığı kimi, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq və mütəfiqlik münasibətlərini tənzimləyərək Qafqazda sülhün bərqərar olması və regionun yeni inkişaf mərhələsinə keçməsində hüquqi tənzimləmə aktlarindan biri kimi dəyərləndirlməlidir.
Bu gün ratifikasiya ediləcək Şuşa Bəyannaməsi ilə bağlı bir məsələ xüsusi ilə qeyd edilməlidir. Bu isə tarixi Qars müqaviləsinə sadiqliyin vurğulanmasıdır. Bəyannamənin Preambula hissəsində qeyd edilir: “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərlər”.
Bəyannamədə Qars müqaviləsinə sadiqliyin ifadə edilməsi həm də ona görə əhəmiyyətlidir ki, Ermənistan tərəfindən yuz ilə yaxındır ki, ərazi iddialarına susamış daşnak zehniyyətli, revanşist qüvəllərin, ratifikasiya edilməmiş və Qars müqaviləsi ilə rədd edilmiş Sever müqaviləsi ilə bağlı apardığı zərəli təbliğatın üstündən xətt çəkmiş oldu.
Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla-Türkiyə arasındakı son yuz illik münsibətlərə yeni məzmun verərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasında o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsiliyi, Zəngəzur dəhlisinin açılması, hərbi və siyasi müttəfiqliyin möhkəmlənməsinə ən böyük töhfədir.

