Cəmiyyət 

Velosiped zolağı və yoluna dair tələblər müəyyənləşir

Yol hərəkəti haqqında” qanuna “velosiped zolağı” və “velosiped yolu” anlayışları əlavə edilir.

ARANTV.AZ  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “velosiped zolağı” yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsi, “velosiped yolu” isə avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yol hesab ediləcək.

Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri də artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha çox xəbərlər