Cəmiyyət 

Azərbaycanda qanunsuz ov edən ərəblər ölkədən deportasiya edilib – RƏSMİ

“2021 il Azərbaycanda qanunsuz ov edən 37 əcnəbi cərimələnib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub.

O qeyd edib ki, qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib.

H.Əlizadə əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib:

“Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur”.

Daha çox xəbərlər