Əsas səhifə 

Ermənistanın qaniçən hakimiyyəti bu gün də faşizmi təbliğ edir

Prezident İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində vurğuladığı kimi, Ermənistanda Njdenin qəhrəmanlaşdırılması faşizmə pərəstiş, insanlığa nifrətdir

Prezident İlham Əliyevin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə on səkkizinci səfəri əlamətdar hadisələrlə zəngin olub. Son illərdə bütünlükdə bölgə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, sosial obyektlərin istifadəyə verilməsini yüksək qiymətləndirib. Səfər çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində Gəncədə inşa olunan və əsaslı təmir edilən 10 yarımstansiya ilə şəhərin enerjiyə tələbatının ödənildiyini, qazlaşdırma, su və kanalizasiya ilə bağlı işlərin davam etdirildiyini diqqətə çatdıran, avtomobil yollarının tam müasirləşdirildiyini bildirən Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçası olan Bakıdan Gəncəyə olan dəmir yolu xəttinin modernləşdirilməsini də respublikada həyata keçirilən kommunikasiya, infrastruktur layihələrinin tərkib hissəsi adlandırıb: «Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur.»

Şəhərdə son illərdə aparılan quruculuq işləri sakinlərin rahatlığını təmin etməklə Gəncənin gözəlliyi üçündür. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Gəncə lokomotiv deposunun açılması da şəhər və ətraf ərazidəki rayonlar üçün böyük önəm daşıyacaq. Əhaliyə xidmət göstərən «ASAN xidmət»in işinin daha rahat olması üçün əlavə mərkəz istifadəyə verilib. 30-dan çox məktəb tikilib və təmir edilib. Gəncə İdman Sarayının tikintisi ilə maraqlanan Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikada ən böyük idman kompleksi olan Sarayda döyüş idman növləri, güləş, boks, həm məktəblər – güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal – basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel gəncəlilərə xidmət göstərəcək.

Səfər zamanı yaddaqalan məqamlardan biri də Cəncə Memorial Kompleksin təməlinin qoyulması oldu. İkinci Qarabağ müharibəsi dövründə erməni faşistlərinin Gəncəyə atdığı raket nəticəsində dağılan yaşayış binasının ərazisində salınacaq Memorial Kompleks hadisə zamanı uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla erməni faşizminin qurbanı olan 26 vətəndaşın xatirəsinə həsr olunacaq. «Gəncə və digər şəhərlər – Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir» söyləyən Prezident İlham Əliyev bildirdi ki, təməli qoyulan Memorial Kompleks təqribən dörd hektar ərazidə inşa ediləcək.
Regionda yaratdığı yeni reallıqlarla sabitlik tərəfdarı olduğunu bildirən Azərbaycandan fərqli olaraq sülh sazişinin imzalanmasına əngəl törədən Ermənistanın təxribatlarının qarşısının alınacağını bildirən dövlət başçımızın vurğuladığı kimi, xalqımız erməni vəhşiliyini, faşizmini, Xocalı qurbanlarını unutmayacaq.

AZƏRTAC-a müsahibəsində bu günlərdə Moskvada faşistlərə xidmət edən Qaregin Njde haqqında filmin yayımının qarşısının alınması ilə bağlı açıqlamasında Rusiya ictimaiyyətinin də etirazla qarşıladığı Ermənistanın faşizmə dəstək aksiyasını erməni vəhşiliyinin növbəti təzahürü adlandıran Prezident İlham Əliyev Aşqabadda keçirilən MDB dövlət başçılarının Sammitindəki çıxışını xatırlatdı. Bildirdi ki , hələ o vaxt Yerevanın mərkəzində faşist cəlladı və qatil Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasına etiraz etmişəm. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistan rəhbərliyinin bu həyasız addımını pisləyərək etirazlarını bildirmişdilər. Njdenin törətdiyi hərbi cinayətlər haqqında məlumatların açıqlandığı «Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti»” adlı məqalədə deyilir: «Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. SMERŞ qrupunun üzvü, əsas şüarı kimi «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”» söyləyən Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. Belə quldura Yerevanın mərkəzində 6 metrlik heykəlin ucaldılması faşizmin təbliğatıdır. Əsrlərdən bəri Türkiyədə, Azərbaycanda, dünyanın müxtəlif ölkələrində törətdikləri terrorlarla kütləvi insan ölümünə səbəb olan, qırğınlar törədən ermənilərin vəhşiliyi bu toplumun milli xüsusiyyətlərindən olan qaniçənlikdən, insanlara nifrətdən qaynaqlanır.
«Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir» söyləyən Prezident İlham Əliyev bildirir ki, faşizmin baş qaldırmasına qarşı birgə mübarizə aparılmalıdır. Erməni faşizmin Azərbaycanda törətdiyi vəhşiliklər göz önündədir. Beynəlxalq ictimaiyyət də bilməlidir ki, faşizmə məddahlıq dünyanı uçuruma aparacaq. Buna görə də Njde kimi faşistin qəhrəmanlaşdırılmasının qarşısı alınmalıdır.

«Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar» sözləri ilə hələ də revanşist çağırışlarından əl çəkməyən Ermənistana xəbərdarlıq edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatdığını vurğulamaqla erməni faşizminin məkrli mahiyyətini bəyan edir. Njdenin tör-töküntüləri, Ermənistanı qızışdıran, öz maraqları naminə terroru, vandalizmi dəstəkləyənlər üçün ermənilərin XXI əsrdə Azərbaycanda törətdikləri vəhşiliklər, dağıntılar dərs olmalıdır. «Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir» söyləyən Prezident İlham Əliyevin sözlərindən nəticə çıxarmayanlara özlərinin başa düşdükləri dildə cavab verən Azərbaycan hər zaman olduğu kimi, yenə də sülhə sadiqliyini, faşizmə nifrətini lazımi səviyyədə bildirəcək.

Daha çox xəbərlər