Hadisə 

Bakıda qəzaya düşən avtomobil yanıb – FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“Daewoo” markalı minik avtomobili yüksək sürətlə “Mercedes-Benz” markalı maşına çırpılıb. Toqquşmanın gücündən “Daewoo” yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Daha çox xəbərlər