Gündəm 

Nazir Ağdam Sənaye Parkı barədə: “140 nəfər daimi işlə təmin ediləcək” – FOTO

Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkının ilk rezidentlərinə qeydiyyat şəhadətnamələri verildi.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, “Dadaş-N” MMC iki hektar ərazidə xalça fabriki inşa edəcək, “Veliev” MMC isə dəmir-beton məmulatlarının istehsalı ilə məşğul olacaq:

“Ümumi investisiya dəyəri 12 milyon manat olan layihələrin reallaşması nəticəsində 140 nəfər daimi işlə təmin ediləcək”.

Daha çox xəbərlər