Ahıllardan gənclərə təbrik mesajı – FOTO
Azərbaycanda ahıl şəxslər Gənclər Günü ilə bağlı maraqlı sosial aksiya keçiriblər.
Bu barədə Oxu.Az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Belə ki, Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri maraqlı bir aksiya edərək gənc nəslin nümayəndələrini bu gün münasibətilə təbrik ediblər.
Rəngarəng və cəmiyyətdə diqqət çəkən həmin aksiyadan fotoları sizə təqdim edirik:

