Ermənistanda yanacaqdoldurma məntəqəsində güclü yanğın olub – VİDEO
Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, benzindaşıyan maşında başlayan yanğın daha sonra qonşu tikililərə keçib.
İnsident nəticəsində yanacaqdoldurma məntəqəsi tamamilə yanıb.
Yanğın nəticəsində bir nəfər xəsarət alıb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Mənbə: Sputnik Armenia

