Almaniya kansleri Olimpiya Oyunlarını izləmək üçün Pekinə getməyi planlaşdırmır
Almaniyanın kansleri Olaf Şolts Çinin paytaxtı Pekində keçiriləcək Olimpiya Oyunlarını izləməyə getməyi planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə o ZDF telekanalına danışıb.
“Mənim belə bir planım yoxdur. Ona görə də mənim orada birdən-birə peydə olub “Salam, bu da mən” deməyimi güman etmək olmaz”, – kansler bildirib.
Qeyd edək ki, daha öncə ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcəklərini bildiriblər.

