BDU-nun mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva vəzifəsindən ayrılıb.
O bu barədə öz sosial şəbəkə profilində məlumat verib.
G. Orucəliyeva qeyd edib ki, öz istəyilə vəzifəsindən ayrılıb:
“Bundan sonrakı fəaliyyətimi BDU-nun tarix muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm”.

