Cəmiyyət 

DSX: “Ötən il sərhəddə xaricdə döyüşmüş 6 terrorçu saxlanılıb”

Ötən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında qeyd edilib.

Belə ki, 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd olunub ki, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Eyni zamanda 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb.

Daha çox xəbərlər