“Narkomaniyaya yox deyək!” FOTO
Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ağalıkənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məmmədtağı Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edənlər sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə danışaraq, istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı diqqətə çatdırıblar.
Maarifləndirici tədbirdə mövzu ilə bağlı hazırlanmış səhnəciklər nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


