Dünya 

Uzunluğu üç metrə çatan sırsıralar sakinlərin həyatına təhlükə yaradıb – VİDEO

Türkiyənin Erzurum şəhərinə yağan güclü qar və şaxtalı hava şəraitindən sonra yaşayış binalarının damından sallanan nəhəng sırsıralar sakinlərin həyatına təhlükə törədib.

Aidiyyəti qurumlara gözlənilən təhlükə ilə əlaqədar sakinlərə xəbərdarlıq ediblər.

Öz növbəsində Ərzurum Böyükşəhər Bələdiyyəsinin işçiləri damlarda yığılan buz kütlələrinin təmizlənməsi üçün ərazilərə xüsusi briqadalar göndərib.

Mənbə: TRT Haber

Daha çox xəbərlər