Gürcüstanda daha 22 263 nəfərdə COVID-19 aşkarlanıb, 39 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 22 263 yeni yoluxma faktı təsdiqlənib, 39 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 272 371-ə, ölənlərin sayı isə 15 141-ə yüksəlib.
Son bir gündə 15 575, ümumilikdə isə 1 053 966 nəfər müalicə olunaraq sağalıb.

