Hadisə 

Ağdaşda yol qəzası – Ölən var

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, rayonunun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yola çıxan piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.

Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər