Hadisə 

Göyçayda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, “Ford”, “Chevrolet” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər