Cəmiyyət 

General-mayor Mirqafar Seyidovun yerinə TƏYİNAT – YENİLƏNİB

Xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilən general-mayor Mirqafar Seyidovun yerinə təyinat olub.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini yerinə yetirəcək.

13:14

Polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, ilk xəbəri APA yayıb.

Daha çox xəbərlər