Dünya 

Kanadada yük avtomobilləri sürücülərinin antikovid etirazlarına traktorçular da qoşuldu – VİDEO

Kandada yüzlərlə yük avtomobili sürücüsü ölkə paytaxtı Ottavaya axışıb. Etirazlar artıq bir neçə gündür ki, davam edir.

Bazar günü sürücülərə traktorçular da qoşulub. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Narazılığa səbəb Trüdo hökumətinin ABŞ-la sərhədi keçərkən peyvənd pasportunun tələb edilməsilə bağlı son sərəncamı olub.

Xatırladaq ki, aksiya yanvarın sonlarında Kanadanın qərb sahilindəki Vankuverdə başlayıb. 4.5 kilometr məsafədə yerləşən paytaxta gedən yolda etirazçıların sıraları daha da genişlənib.

 

Daha çox xəbərlər