Gələcəkdə “Teknofest Azərbaycan” festivalı Şuşada və işğaldan azad olunan digər ərazilərdə keçirilə bilər.
ARANTV.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O qeyd edib ki, bu il festival iki müstəvidə keçiriləcək: “Tədbir fiziki olaraq Bakı şəhərində keçiriləcək, virtaul olaraq dünyanən müxtəlif yerlərindən bu yarışmaya qatılmaq olacaq. Gələcək illərdə Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər”.
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar da qeyd edib ki, gələcək illərdə festival çərçivəsində bəzi yarışlar Azərbaycanın müxtəlif bölgələrində keçirilə bilər: “Nazirliyin uyğun bildiyi yerlərdə gələcək illərdə yarışlar baş tuta bilər”.
