BDU-nun mətbuat katibinə VƏZİFƏ VERİLDİ
Bakı Dövlət Universtetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər (Orucəliyeva) vəzifəsindən ayrılıb.
ARANTV.AZ xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O qeyd edib ki, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
G.Orucəliyeva bilidirib ki:
“Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.
Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən – müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm.
Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm!”- deyə o bildirib.
Qeyd edək ki, Günel Orucəliyeva Elçin Babayevin müvafiq əmri ilə 2020-ci ildən universtetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

