Cəmiyyət 

Sosial və standart təhsil krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb

“Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir”.

ARANTV.AZ xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır.

“39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir” – deyə, o bildirib. Onlardan 40465-i bakalavriat, 5426-sı magistratura, 10318-i subbakalavriat üzrə təhsil alanlardır” – o, deyib.

Daha çox xəbərlər