Təhsil 

Sosial tələbə krediti üçün neçə müraciət olub?

Sosial təhsil tələbə kreditinin alınması üçün potensial müraciət həcmi 16800 nəfərdir.

ARANTV.AZ  xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.

Onlardan 12000 nəfəri bakalavriat, 1300 nəfəri magistratura, 3500 nəfəri isə subbakalavriat üzrə təhsil alan tələblərdir:

“Eyni zamanda 1170-i ünvanlı dövlət sosial yardımı alan ailə üzvü, 810-u üçüncü dərəcə əlilliyi olan, 7500-ü hər iki valideyni işsiz, 990-ı hər iki valideyni əlil olan, 260-ı hər iki valideyni yaşa görə əmək pensiyaçısı olan, 10-u hər iki valideyni yaşa görə sosial müavinət alan, 2190-ı bir valideyni işsiz, digəri əlil, 155-i bir valideyni işsiz, digəri yaşa görə pensiya və ya müavinət alan, 315-i bir valideyni əlil, digəri yaşa görə əmək pensiyaçısı, 75-i bir valideyni əlil, digəri yaşa görə müavinət alan, 3325-i isə digər kateqoriyadan olan tələbələrdir” – deyə, o, bildirib.

Daha çox xəbərlər