Siyasət 

İrəvana təhvil verilən ermənilərin AD və SOYADları

Bu gün Azərbaycan Ermənistana səkkiz erməni hərbçini təhvil verib.

Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

ARANTV.AZ Ermənistana təhvil verdiyimiz ermənilərin siyahısını təqdim edir:

Sarkis Tarzyan

Vardges Balayan

Armen Petrosyan

Artur Babayan

Amayak Sarqsyan

Qurgen Qaloyan

Qriqor Kuregyan

Vaqarşak Maloyan

Xatırladaq ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Daha çox xəbərlər