Cəmiyyət 

Bu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur – FOTO

Vətən Müharibəsinin qəhrəmanlarından biri olan şəhid Tariyel Salmanovun bu gün doğum günüdür.

ARANTV.AZ  xəbər verir ki, 2020-ci il sentyabr ayının 29-da SHXCDX-nin Ağcabədi rayon idarəsi tərəfindən yenidən hərbi xidmətə cəlb olunan Tariyel hərbi həkim kimi müharibəyə qatılıb. O, 60-dan çox yaralı əsgəri qucağında, çiynində raket zərbələrinin altından qaçıraraq təxliyə edib, həyatını qurtarıb.

Şəhid həkim-stomotoloq Tariyel Salmanov öz mülayim, gözəl xarakteri ilə həm ətrafındakı insanların, həm də pasiyentlərinin sevgisini qazanıb.
Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. O, yenə əsgərlərin həyatını xilas edərkən, təxliyə zamanı raket zərbələri nəticəsində həyatını itirib.

Şəhidimizin bir qız övladı yadigar qalıb.
Bu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTOBu gün şəhid Tariyel Salmanovun cənnətdə 34 yaşı olur - FOTO

Daha çox xəbərlər