Bakıda mənzildə kişi meyiti tapılıb
Bakıda mənzildə kişi meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

