Fransa Azərbaycanın xoşməramlı jestini alqışlayır
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Bakının Ermənistana təhvil verdiyi şəxslərlə bağlı “Tvitter”də paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, diplomat bildirib: “Fransa hökumət təyyarəsi ilə İrəvana gətirilən 8 erməni məhbusu Azərbaycan bu gün təhvil verib.
Fransa İrəvan və Bakı arasında gərginliyin azaldılmasına və etimadın bərpasına töhfə verən bu xoşməramlı jesti alqışlayır.
Azərbaycanın əməkdaşlığına görə minnətdarıq”.

