“Ərdoğanın xəstəliyi bir neçə günə bitəcək” Kalın

“Ərdoğanın xəstəliyi bir neçə günə bitəcək” Kalın

Həkimlərin sözlərinə görə Türkiyə prezidenti Rəcəb Tattib Ərdoğanın bir neçə gündən sonra verəcək koronavirus testinin nəticəsi neqativ olacaq.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “A Haber” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, prezidentin səhhəti əvvəlki günlərlə müqayisədə artıq yaxşıdır.