Dünya 

Ukrayna “Bayraktar”larla hərbi təlimlər keçirəcək

10-20 fevral tarixlərində Ukrayna “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə ilə hərbi təlimlər keçirəcək.

ARTANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov deyib.

“Fevralın 10-dan 20-dək Ukrayna Silahlı Qüvvələrinin “Bayraktar” pilotsuz uçan aparatları, “Javelin” raket sistemləri və “NLAW” daşına bilən idarə olunan tank əleyhinə raketlərdən istifadə etməklə təlimləri keçiriləcək”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, indi Ukrayna bir çox ölkədən “əvvəllər ancaq arzuladığı” silahlar alır.

Daha çox xəbərlər