Cəmiyyət 

Azərbaycanda olan təcili tibbi yardım maşınlarının sayı AÇIQLANDI

Ölkədə xidmət göstərən təcili tibbi yardım maşınlarının sayı açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda keçirilən tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1300-dən çox ambulans mövcuddur.

Eyni zamanda o qeyd edib ki, bu gün Azərbaycan üzrə 16 mərkəzi təcili yardım stansiyası fəaliyyət götərir.

Daha çox xəbərlər