Cəmiyyət 

Əmək pensiyalarının yanvar artımı fevral pensiyası ilə birgə veriləcək

2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Daha çox xəbərlər