Maraqlı 

Əlimizin altında olan bu iki qida ömrü uzadır

Bəzi qidalar var ki, onları yemək ömrü uzadır. Bu barədə Amerikanın “Eat This, Not That” portalının materialında ekspertlər bildiriblər.

Planetimizdə beş “Mavi Zona” var. Bu bölgələrdə ən çox 100 yaşdan yuxarı insanlar yaşayır. Söhbət Kaliforniyanın Loma Linda şəhərindən, Yunanıstanın İkariya adası, İtaliyanın Sardiniya, Kosta Rikanın Nikoya yarımadası və Yaponiyanın Okinavasından gedir.

Mütəxəssislər Yer üzünün ən uzunömürlü insanlarının müntəzəm olaraq yedikləri qidaları sadalayıblar. Bu siyahıya avokado daxildir. Meyvə kaliumla zəngindir, həmçinin qanda xolesterinin aşağı düşməsinə kömək edir. Çəkini tənzimləyir, piylənmə və 2-ci tip diabet riskini azaldır.

Lobya “Mavi Zona”da əsas qidadır. Tərkibində lif var. Bitki xərçəng, ürək xəstəliklərinin və diabetin qarşısını alır. Sarımsaq da güclü antioksidantdır. İltihab əleyhinə təsirə malikdir. Kartof A, B6, C vitaminləri, kalium və liflə zəngindir. Mütəxəssislər zeytun yağı, balıq, pomidor, turş xəmir və qırmızı şərabın faydalarını da qeyd ediblər.

Daha çox xəbərlər