#İNSANHÜQUQLARI – Avropa Konvensiyasının 8-ci maddəsi: qanunilik tələbi
Qanunilik tələbinə əsasən, fərdin Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına hörmətin təmin edilməsi üçün adekvat təminatlar mövcud olmalıdır. Dövlətin üzərinə düşən şəxsi və ailə həyatını qorumaq vəzifəsi çox zaman 8-ci maddədə nəzərdə tutulmuş hüquqlara milli səviyyədə yetərincə riayət edilməsini təmin edən pozitiv öhdəlikləri özündə ehtiva edir. Məsələn, Məhkəmə çılpaq uşağın gizli videoçəkilişinin aparılmasını cinayət əməli kimi müəyyən edən aydın qanunvericilik müddəalarının olmaması səbəbindən şəxsi həyata hörmət hüququnun pozulduğunu müəyyən edib (Söderman İsveçə qarşı, § 117).

