Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalandı – VİDEO
Ölkədə qida sektoru üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, bu sahədə kadr çatışmazlığının aradan qaldırılmasına dəstək məqsədilə Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində kollecin tələbələri öz nəzəri biliklərini 14 ildir süfrələrimizi dadlı və keyfiyyətli çörəkləri ilə bəzəyən Nur Çörək Zavodunda praktiki tətbiq edə biləcəklər. Çörək və un məmulatlarının təbii hazırlanmasını əyani şəkildə öyrənəcəklər.
Praktik bilikləri və təcrübə prosesini uğurla başa vuran tələbələr peşəkar kadr kimi işə hazır olacaqlar.
Görüşdə Moskvada və Kiyevdə qida təhsili almış mütəxəssislərimiz Opara texnologiyasının mahiyyətini tələbələrə əyani şəkildə izah etdilər, öz təcrübələrini bölüşüblər.
Belə ki, tələbələr əsas xammal olan unun çeşidlənməsi və laboratoriya analizinin necə aparılması, çörəyin hazırlanmasında istifadə olunan inqrediyentlərin keyfiyyəti ilə tanış olublar, çörəyin hazırlanması və daşınması prosesini izləyiblər.
Kollecin nümayəndəsi qeyd edib ki, Nur Çörək Zavodu özü-özlüyündə bir məktəbdir. Burada bütün istehsal prosesləri şəffaf şəkildə ictimaiyyətə açıqdır. Zavod bu sahədə çalışmaq istəyən gənclərə həm örnək, həm dəstəkdir.

