DİM tərəfindən “İnsan resurslarının idarə edilməsi“ mövzusunda onlayn formada təlim təşkil olunub
Dövlət İmtahan Mərkəzi tərəfindən 8 və 9 fevral 2022-ci il tarixlərində dövlət qulluqçuları üçün “İnsan resurslarının idarə edilməsi“ mövzusunda təlim keçirilib
Təlim zamanı motivasiyanın əhəmiyyəti, müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları, qurumda təlim işinin təşkili, təlimlərin məqsədi, faydaları, əsas prinsipləri, təlim prosesinin mərhələləri və s. mövzular barədə təlim iştirakçıları məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, “İnsan resurlarının idarə edilməsi ” mövzusu 28 yanvar- 9 fevral 2022-ci iltarixlərini əhatə edib.
Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.

