Sosial 

Vahid səhiyyə çağrı mərkəzi yaradılacaq

Səhiyyə nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.

Eyni zamanda yeni istifadəyə verilmiş nazirliyin veb saytı üzərində müraciətlər oluna bilər və dərhal cavablandırılacaq. – deyə o bildirib.

Daha çox xəbərlər