Səhiyyənin yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub
“Son iki il bəşəriyyət pandemik dövr yaşayır”.
ARANTV.AZ xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
Nazir bildirib ki, ilk dövrdən başlayaraq dövlət başçısı vətəndaşların sağlamlığının qorunmasını bəyan edib: “Qısa müddətdə müasir avadanlıqla təchiz olunmuş xəstəxanalar istifadəyə verilib. Tələb olunan müasir dərman vasitələri ölkəyə gətirilib. Vətəndaşların mövcud vaksinlərə əlçatanlığı təmin olunub. Pandemiya bir daha göstərdi ki, ən böyük sərvət insan kapitaldır”.
T.Musayev vurğulayıb ki, nazirliklə yanaşı səhiyyə sektorunda fəaliyyət göstərən digər dövlət qurumları da var: “Səhiyyənin yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub. Qısamüddətli addımlar ilk öncə səhiyyənin effektiv idarə edilməsi, yeni təşkil olunmuş struktur və dövlət qurumları ilə aktiv əməkdaşlıqdır. Orta müddətli isə insana kapitalını gücləndirmək, qanunvericiliyi gücləndirmək, yerli dərman və tibbi avadanlıqlar ilə təminat, maliyyələşdirilməni optimallaşdırmaqdır”.

