Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

Ötən ay proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 37,9 mln. manat və ya 14,7% artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən “İki sahil”ə verilən xəbərə görə, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 mln. manat və ya 17,5%, qeyri-büdcə təşkilatları üzrə isə 38,0 mln. manat və ya 23,5% artım olub.