Hadisə 

Bərdədə çay evi sahibi həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən çay evi aşkarlayıblar.

Çay evinin sahibi Təyyar Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Daha çox xəbərlər