Cəmiyyət 

Səhiyyə naziri karantin rejimindən danışdı

Ötən 10 həftə ərzində dünyada 90 milyon insan “Omicron” ştammına yoluxub.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda respublikada virusla bağlı vəziyyət tam nəzarət altındadır.

“Omicronla bərabər olaraq hələ də Delta ştammına yoluxmalar mövcuddur. Müəyyən müddətdən sonra omicron və deltanın nisbi rəqəmləri nümayiş olunacaq. Məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Xəstəliyin gedişatına görə sərt karantin rejimi barədə düşünmək olar” – deyə o əlavə edib.

Daha çox xəbərlər