Cəmiyyət 

Nazirliyin şöbə müdiri: “Uşaqların əməyinin istismarına nəzarət üçün yeni strategiya yaradılmalıdır”

Bu gün uşaq hüquqlarının pozulması ilə bağlı məsələdə ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yada düşür. Lakin bizim də səlahiyyətlərimizin bir çərçivəsi var.

ARANTV.AZ  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov AzTV-nin efirində uşaq əməyinin istismarı mövzusuna fikir bildirərkən deyib.

O bildirib ki, ölkədə bu sahədə fəaliyyəti gücləndirmək lazımdır:

“Məncə, bu istiqamətdə dövlət proqramı, yeni strategiya yaradılsın. Hər bir qurumun üzərinə düşən vəzifələr, səlahiyyətlər dəqiqləşdirilsin. Çünki biz gedib küçədə uşaqların əməyinin istismarı faktlarına nəzarət edə bilmirik. Bu, bizim səlahiyyətimiz çərçivəsində deyil”.

Daha çox xəbərlər