Ərdoğan koronavirusdan sağaldı
Türkiyəli professor, həkim Serkan Topaloğlu prezident Rəcəb Tayyib Ərdoğanın son iki gündə verdiyi PCR testlərinin negativ çıxdığını açıqlayıb.
Bu barədə ölkə mediası məlumat yayıb.
“Son iki gündə edilən PCR testləri mənfi çıxdı. Düşünürəm ki, prezidentimiz çox yaxında, hətta sabah belə gündəlik fəaliyyət proqramına qayıdacaq”, – deyə həkim bildirib.
Mənbə: “Haber Global”

