ABŞ səfirliyi Azərbaycan vətəndaşları üçün təcrübə proqramına start verir
Azərbaycan vətəndaşları üçün 2022/2023 Peşəkar İxtisasartırma Proqramına (PFP) müraciətlərin qəbuluna start verilib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu proqram yerli mütəxəssislər üçün Amerika təşkilatlarında dəyərli təqaüd təcrübəsi əldə etmək, şəbəkəni genişləndirmək və əvəzolunmaz bir beynəlxalq təqaüd təcrübə proqramında iştirak etmək üçün əla fürsətdir.
Proqramın tələbləri və müraciət təlimatları, eyni zamanda əlavə məlumatı www.professionalfellows.org saytına daxil olaraq əldə etmək mümkündür.
Müraciətin son tarixi – 28 martdır.

