Sosial 

Gecə işinə görə nə qədər ödəniş verilməlidir?

“İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilər”.

ARANTV.AZ xəbər verir ki,  bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz: “Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur. 74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə tarif maaşının 20 %-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20 %-i, gecə növbəsinə görə 40 %-i həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş də hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40 %-i həcmində əlavə verilir”.

Daha çox xəbərlər