Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 2,9% artıb
2022-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 mlrd. manatlıq, o cümlədən 2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir. 2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.
2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 6,%-i içkilər və tütün məmulatlarının, 14,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,3% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99, %-ini təşkil edib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1%, fərdi sahibkarlar üzrə 0,2%, bazar və yarmarkalarda 1,7 % artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 361,7 manatlıq, o cümlədən 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları alıb.

