Sosial 

65 yaşına çatanların əmək müqaviləsinə xitam verilməsi halları açıqlanıb

“65 yaşına çatma ilə bağlı əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə nəzərdə tutulur”.

ARANTV.AZ  xəbər verir ki,  bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, özəl şirkətlərdə belə bir tələb mövcud deyil: “Lakin işçinin səhhətinin ətrafa və onun özünə zərər verəcəyi hal müəyyən olunarsa, tərəflər razılaşdığı halda müqaviləyə xitam verilə bilər”.

Daha çox xəbərlər